Hər bölüm bir söhbətdir
Hekayə iki dostun dialoqu ilə irəliləyir: bir sual, bir tərəddüd və çox vaxt gözlənilməz bir cavab.
2D cizgi serial
Teo suallarla gəlir, Leo cavab axtarır. İki dostun söhbəti bəzən gülümsədir, bəzən də insanı öz içinə baxmağa vadar edir.
YouTube · Instagram · TikTok — @leoteotalk
Serial haqqında
Leo və Teo — iki dostun söhbətləri üzərində qurulmuş 2D cizgi serialdır. Teo nə vaxt çaşıb qalsa, Leonun yanına gəlir. Leo dinləyir, düşünür və cavab tapmağa çalışır. Amma hər sualın asan cavabı olmur.
Hekayə iki dostun dialoqu ilə irəliləyir: bir sual, bir tərəddüd və çox vaxt gözlənilməz bir cavab.
Bölümlər gündəlik həyatdan danışır, bəzən də insanın içində daşıdığı yaralara toxunur. Zarafat varsa, yüngül və təbiidir.
Hər bölüm əvvəlkinin davamıdır. Detallar, xatirələr və qərarlar bölümdən bölümə keçir.
Personajlar
Hekayənin mərkəzində Leo və Teo dayanır. Onların yanında Hedo, Mino və Fego da var.

Qara pişik · müdrik dost
Ağıllı, sakit və təmkinli. Teonun hər sualına cavab tapır, amma öz hisslərindən danışmağı sevmir.
Hamının sualına cavabı var — öz sualından başqa.

Hamster · saf qəlbli dost
Səmimi, sadəlövh və hər şeyə maraqla baxır. Çətin anda ilk olaraq Leonun qapısını döyür və onun məsləhətinə qulaq asır.
Hamını rahat edir — özündən başqa.

Bal porsuğu · proqramçı
Kiber təhlükəsizlik mütəxəssisi. Zarafatcıldır, bir az da özündən razı.
Hər sistemin zəif yerini tapır — öz zəif yerindən başqa.

Mirket · həkim
Hedonun sevgilisi. Klinikada hamı onun diaqnozuna güvənir, Hedo ilə isə hər gün dava edir — çox vaxt da haqsız yerə.
Hamıya diaqnoz qoyur — Hedoya isə hökm.

Bayquş · mebel ustası
Hedonun ən yaxın dostu. Mebel deposunda gecə növbəsində işləyir, boş vaxtında mebel düzəldir.
Az danışır, düz kəsir.
İzlə
Yeni bölümlər YouTube, Instagram və TikTok-da yayımlanır. Hər üç platformada bizi eyni adla tapa bilərsiniz.
Əlaqə
Əməkdaşlıq, reklam, təklif və ya sadəcə bölüm haqqında fikriniz — hər məktubu oxuyuruq.
info@leoteo.talk